RU

Osimhenlə bağlı son durum nə yerdədi?

Artıq iyunu yarılasaq da, Viktor Osimhenin gələcək taleyi ilə bağlı hələ də cavabını gözləyən suallar çoxdu.

"Football-plus.az" xəbər verir ki, Türkiyədə nağıllardakı kimi bir performans sərgilədikdən sonra müqavilə ilə məxsus olduğu ''Napoli''yə qayıtmalı olan nigeriyalı forvard heç cür qərarını verə bilmir.

Ancaq bir şey dəqiqdi ki, 26 yaşlı futbolçu karyerasını bu 6 klubdan - ''Qalatasaray'', ''Əl-Hilal'', ''Mançester Yunayted'', ''Çelsi'', ''Arsenal'' və ''Yuventus''dan birində davam etdirəcək.

Maraqlıdı ki, hər klubla bağlı bir ''əmma'' var. ''Qalatasaray'' ''Napoli''nin tələb etdiyi 75 milyon avroluq təzminatı ödəməkdə çətinlik çəkir. ''Əl-Hilal'' ''Napoli''yə də, Osimhenin özünə də dünyaları təklif etdiyi halda futbolçu Səudiyyə Ərəbistanında oynamaq istəmir. ''Yunayted''in təzminatı ödəməyə sanki əli gəlmir. ''Arsenal'' üçün Osimhen yalnız ikinci seçimdi. İlk seçim Viktor Dyokereşdi. Osimhen özü ''Çelsi''yə can atdığı halda bu klub da nədənsə, hələlik real addımlar atmaq istəmir. Onun prinsipial rəqib ''Yuventus''a keçməsində isə ''Napoli'' özü maraqlı deyil.

Bu arada ''Əl-Hilal''ın Osimhenə növbəti - sayca 5-ci (!) rəsmi təklif irəli sürdüyü məlum olub. Məşhur forvard bu klubun illik 45 milyon avroluq son təklifini geri çevirmişdisə, bu dəfəki yeni təklifdə ''Əl-Hilal''ın hansı məbləği irəli sürdüyünü insan təsəvvürünə gətirməyə belə qorxur. Digər tərəfdən ''Qalatasaray'' da onu saxlaya biləcəyinə hələ ümidini itirməyib.

Türkiyə mətbuatındakı ən son məlumatlarda Osimhenin ''Cim-Bom''dan düşünmək üçün daha bir həftə vaxt istədiyi iddia edilib.

Избранный
24
1
football-plus.az

2Источники