Rusiya vətəndaşları İrandan quru yolu ilə “Astara” sərhəd-keçid məntəqəsindən Azərbaycana keçə bilərlər.Metbuat.az-ın xəbərinə görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) məlumatında deyilir. "İranın hava məkanının bağlanması ilə əlaqədar Rusiya vətəndaşları bu ölkəni quru yolu ilə “Astara” sərhəd-keçid məntəqəsi vasitəsilə Azərbaycana gedə bilərlər. İsraildən isə qonşu Misirə ("Menahem Beqin/Taba" sərhəd-keçid məntəqəsi) və ya İordaniyaya (“Şeyx Hüseyn” keçid məntəqəsi) gedə bilərlər", - məlumatda deyilir.Rusiya XİN “Azərbaycanda karantin rejimi ilə əlaqədar İranla sərhədin bağlı olmasına diqqət çəkib”.Diplomatik qurum İsrail və İrandakı rusiyalılara hərbi və digər dövlət obyektlərinə yaxınlaşmamağı tövsiyə edib.