RU

Netanyahudan Xameneiyə sui-qəsd hədəsi: Vursaq, qarşıdurma bitər!

İsrailin Baş naziri Benyamin Netanyahu İranın ali dini lideri Əli Xameneini hədəf ala biləcəklərinə işarə edib.
Sherg.az xəbər verir ki, İsrailin İrana hücumu ilə başlayan müharibə dördüncü günündə də qarşılıqlı zərbələrlə davam edir.

İsrail İran Dövlət Televiziyasını hədəfə aldığı bir vaxtda, İranın da İsrail ərazisinə qarşı “tarixdəki ən böyük və intensiv” raket hücumuna hazırlaşdığı iddia olunur.
Bu arada tərəflər arasında səslənən bəyanatların tonu da getdikcə sərtləşir.

İsrailin Baş naziri Benyamin Netanyahu İranın ali dini lideri Əli Xameneini hədəf ala biləcəklərinə eyham vurub.

Amerikanın ABC News kanalına verdiyi müsahibədə Netanyahuya ABŞ Prezidenti Donald Trampın “İran liderinə qarşı planlaşdırılan sui-qəsdi, qarşıdurmanı daha da alovlandıra biləcəyi qorxusu ilə rədd etdiyi” barədə xəbərlər soruşulub. Netanyahu isə bu barədə belə cavab verib: “Bu, qarşıdurmanı alovlandırmaz, əksinə onu sona çatdırar.”

Netanyahu, Xameneinin konkret olaraq hədəf alınıb-alınmayacağına dair suala isə belə cavab verib: “İsrail nə etməlidirsə, onu edir.”

O həmçinin bildirib ki, İsrail daha əvvəl İranın aparıcı nüvə alimlərini hədəfə alıb: “Onlar açıq şəkildə Hitlerin nüvə komandası idilər”, – deyə Netanyahu qeyd edib.

Netanyahu əlavə edib ki, ABŞ-ın ən əsas marağı İsraili dəstəkləməkdir: “Bu gün Tel-Əviv, sabah Nyu-York. "Əvvəl Amerika" şüarını başa düşürəm, amma "Meyit Amerika"nı anlamıram. Bu insanlar (iranlılar) məhz bunu istəyirlər”, – deyə o bildirib.
Избранный
34
sherg.az

1Источники