RU

Araqçi Avropadan olan həmkarları ilə regiondakı vəziyyəti müzakirə ETDİ

İranın xarici işlər naziri Abbas Araqçi Britaniyadan olan həmkarları Devid Lammi, Almaniyadan İohan Vadefül, Fransadan Jan-Noel Barrot və Aİ diplomatiyasının rəhbəri Kaja Kallas ilə telefonla Yaxın Şərqdəki vəziyyəti müzakirə edib.

Redaktor.az xəbər verir ki, bu barədə onun "Telegram" kanalında yerləşdirilmiş mesajda deyilir.

"İranın təcavüzə qarşı qanuni müdafiəsi güc tətbiqi ilə davam edəcək və müharibənin hər hansı genişlənməsinin nəticələrinə görə məsuliyyət sionist rejimin (İsraili nəzərdə tutur - red.), onun havadarları və buna haqq qazandıranların üzərinə düşəcək" - mətndə deyilir:

“Şübhə yoxdur ki, İsrail ABŞ-nin dəstəyi, köməyi və əməkdaşlığı ilə İran xalqına qarşı bu müharibəyə başlayıb və buna görə də biz ABŞ-ni bu vəziyyətə görə məsuliyyətli və törədilən cinayətlərdə şərik hesab edirik”, - deyə Araqçi telefon danışığı zamanı bildirib.

O, həmçinin vurğulayıb ki, İran heç vaxt danışıqlar masasını tərk etməyib, lakin indi diqqəti təcavüzə qarşı effektiv mübarizəyə yönəldib.

Turan İSMAYIL

Избранный
17
1
redaktor.az

2Источники