RU

Brüs Uillis danışma qabiliyyətini itirir: Qızı duyğulu paylaşma etdi

ain.az, Sherg.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Afaziya və demans diaqnozu səbəbindən uzun müddətdir göz önündən uzaq yaşayan Hollivud ulduzu Brüs Uillisin sağlamlıq durumu pisləşir. 70 yaşlı aktyorun böyük qızı Rumer Uillis, Atalar Günü münasibətilə etdiyi duyğulu paylaşımda atasının artıq danışmaqda çətinlik çəkdiyini bildirib.

Sherg.az xəbər verir ki, Rumer Uillis, uşaqlıq şəkillərini paylaşaraq, "Bu gün mənim üçün çətindir. Səninlə danışmaq, həyatımdakı şeyləri sənə demək istəyirəm, amma bu, içimdə böyük bir ağrı yaradır. Kaş ki sən hələ mənə hər şeyi danışa bilərkən daha çox sual verəydim," deyə yazdı.

Brus Uillisə 2022-ci ildə nitq, anlama və yazı-oxuma bacarıqlarını zədələyən afaziya diaqnozu qoyulmuşdu. Daha sonra isə frontotemporal demans xəstəliyinə tutulduğu açıqlanmışdı.

Aktyorun həyat yoldaşı Emma Heming də verdiyi müsahibədə, Uillisin vəziyyətini uşaqlardan gizlətmədiklərini və ailə olaraq bütün prosesi birlikdə yaşadıqlarını qeyd edib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
18
1
sherg.az

2Источники