RU

Yığmanın baş məşqçisi Levandovski ilə münaqişəyə qurban getdi

ain.az, Footbal-plus portalına istinadən məlumatı açıqlayır.

Polşa yığmasında hadisələr ildırım sürəti ilə cərəyan edir. "Football-plus.az" xəbər verir ki, cəmi bir neçə gün əvvəl “Barselona”nın hücumçusu Robert Levandovski Mixal Probej baş məşqçi postunda olduğu müddətdə milli komandanın şərəfini qorumaqdan imtina etdi. Onun açıqlaması futbol ictimaiyyətində böyük narahatlıq doğurdu. Və artıq iyunun 12-də baş məşqçi istefa verdi.[/b]Levandovskinin milli forma geyməkdən imtinası ilə bağlı bəyanatından dərhal sonra jurnalistlər Probejdən bu haqda nə düşündüyünü soruşdu. 52 yaşlı mütəxəssis sualın cavabından qaçmadı:

“Robert çox hörmət etdiyim möhtəşəm futbolçudu. Heç kim onun üzünə yığmanın qapısını baəlamayıb, yığmadan getməklə bağlı aramızda heç bir söhbət olmayıb. Bunu xüsusi vurğulamaq istəyirəm. Levandovskiyə hər şeyin ən yaxşısını arzulayıram. Ancaq mənim üçün komanda hər şeydən vacibdi, daha kimin yığmanı çalışdırması yox. Əsas olan komandanın mənafeyidi. Hər kəsdən daha artığına nail olan möhtəşəm oyunçuya münasibətdə çərin qərar verdiyimi anlayıram. Ancaq futbol həyatı bəzən məsələyə başqa tərəfdən yanaşmağı, kollektiv üçün nəyin daha yaxşı olduğunu seçməyi tələb edir”.

Bu açıqlama da Polşa futbol ictimaiyyətini sakitləşdirmədi. Polşa yığması ən yaxşı futbolçusu – meydandakı və paltardəyişmə otağındakı lideri olmadan necə oynayacaqdı? İyunun 10-da keçirilən DÇ-2026-nın növbəti seçmə oyununda Robertin yoxluğu açıq-aşkar göründü. Probejin komandası G qrupundan final mərhələsinə vəsiqə qazanmaq uğrunda əsas rəqibinə - Finlandiya yığmasına 1:2 hesabıyla uduzdu. Üç turdan sonra hesabında 6 xal olan polşalılar turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.Məğlubiyyətə baxmayaraq, Probej oyundan sonra istefa vermək niyyətində deyildi. Ancaq yerli futbol qurumu fərqli qərar verdi və artıq iyunun 12-də baş məşqçi ilə əməkdaşlığa son qoyulduğu elan olundu. 52 yaşlı Probej bu qərarı belə dəyərləndirdi:

“Yığmanın maraqları baxımından mənim istefam daha yaxşı qərardı. Bu funksiyanı yerinə yetirmək peşəkar arzularımın yerinə yetməsi və həyatımın böyük şərəfi idi”.

Təbii ki, bu yazını oxuyan hər kəsi yığmanın baş məşqçisi ilə əsas ulduzu arasındakı münaqişənin səbəbi maraqlandıracaq. Aprelin əvvəlində - “Selta” ilə oyunda Levandovski kiçik zədə aldı. O, çıxışını davam etdirsə də, zədə narahatlıq yaradırdı. Ulduz hücumçu fiziki durumunu daha da korlamamaq üçün yığmanın iyun toplanışına qatılmadı:

“Hörmətli fanatlar. Mövsümün intensivliyi üzündən baş məşqçi ilə birgə belə qərar verdik, milli komandanın iyun toplanışına qatılmayım. Qırmızı-ağ formanı geymək arzudu. Ancaq bəzən orqanizm bir qədər dincəlməklə bağlı siqnal verir. Komanda yoldaşlarım üçün dua etdim. Tezliklə görüşənə qədər”.

Belədə Probej kapitan sarğısını “İnter”dən Petr Zelinskiyə verdi. Ancaq müvəqqəti yox, həmişəlik. Yerli futbol məmurları da baş məşqçini dəstəklədi – onlar Robertin yığmaya münasibətindən narazıdı. Probejin qərarından xəbər tutan Leva çox kəskin reaksiya verdi:

“Şəraiti və baş məşqçiyə etimadı itirdiyimi nəzərə alaraq, onun bu vəzifədə olduğu müddətdə milli komandanın şərəfini qorumaqdan imtina edirəm. Ümid edirəm ki, gələcəkdə dünyanın ən yaxşı fanatları üçün oynamaq imkanım olacaq”.

Xatırladaq ki, Levandovski 2008-ci ildən milli komandanın şərəfini qoruyur. 36 yaşlı hücumçu bu müddətdə yığmada keçirdiyi 158 oyunda 85 qol vurub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
11
1
icma.az

2Источники