RU

“Beşiktaş” prezidenti klubdan ayrılan futbolçunun adını açıqladı

“Beşiktaş” prezidenti Sərdal Adalı “Fanatik”ə verdiyi açıqlamada klubu tərk edəcək əcnəbi futbolçunun adını açıqlayıb.

"Football-plus.az" xəbər verir ki, mövsümü icarə əsasında “Riu Ave”də keçirən Dəmir Ege Tıknazın “qartal”a qayıtması rəsmən təsdiqini tapıb. Klubdan ayrılacaq futbolçunu isə başqanın öz dilindən eşidək:
“Transferdə tələsmək istəmirik. Əlimizdə geniş bir siyahı var. Müdafiənin cinahlarında və hücumda sanki dünya futbolunda bir qıtlıq yaşanır. Seçim imkanı geniş deyil. Amma vingerlər sarıdan bolluqdu, seçim imkanı genişdi. Hücuma bir dünya səviyyəli futbolçu transfer edəcəyimiz dəqiqdi. Həm müdafiədə, həm də hücumda cinahları gücləndirəcəyik. Fanatlarımız qətiyyən narahat olmasın. Çalışmalarımız davam edir. Ən azı mövsümün sonuna qədər çempionluq yarışının içində yer alacaq bir komanda quracağıq! Fanatlar şərfləri hazırlasınlar və klubun yeni formalarını alsınlar. Müqavilə müddəti bitən futbolçularla yola davam etməyəcəyik. Müqaviləsi davam edən bəzi isimlərlə danışırıq. Masuaku artıq klubumuzdan ayrıldı. Əcnəbilərdən daha 4-5 futbolçu ilə vidalaşacağımızı istisna etmirəm. Dəmir Ege Tıknazın geri dönməsini baş məşqçimiz istədi. Hazırda komandada qalacaq, gedəcək və ya icarəyə göndəriləcək futbolçularla bağlı geniş bir çalışma içərisindəyik. İmmobilenin qalacağı və ya gedəcəyi bəlli deyil. Qərarı özü verəcək. Ancaq onun qərarından asılı olmayaraq, dediyim kimi bir hücumçu alacağıq. Avropada gənc və istedadlı futbolçularla bağlı axtarışımız davam edir. Bu işi yönəticimiz Aykut Torunoğluya tapşırmışıq”.

Başqanın da qeyd etdiyi kimi, Masuakunun üçillik Türkiyə macərası bitdi. 31 yaşlı futbolçu böyük ehtimalla Yaxın Şərq ölkələrindən birinə yollanacaq. Ona “Əl-Hilal” və “Əl-Əhli” başda olmaqla bir çox klub maraq göstərir. Konqo DR-dən olan futbolçu 2022-ci ildə “Vest Hem”dən ayrılaraq “Beşiktaş”a gəlmişdi. 3 mövsüm ərzində “ağ-qaralar”da 108 rəsmi oyunda 3 qol, 18 məshuldar ötürmə ilə fərqlənən Masuaku 2 titul (ölkə kuboku və superkuboku) qazandı.
Избранный
9
1
football-plus.az

2Источники