RU

Netanyahu İran liderinin öldürülməsini istisna etmir

İsrail İranın ali dini lideri Əli Xamneyini məhv etmək cəhdinin ola biləcəyi ssenarisini istisna etmir. Bu barədə ABC News xəbər verir.

İsrailin baş naziri Benyamin Netanyahu İsrailin ayətullaha hücum edib-etməməsi ilə bağlı suala birbaşa cavab verməyib, lakin bildirib ki, ayətullahın aradan götürülməsi döyüşləri qızışdırmayacaq, onu sona çatdıracaq.

Jurnalistlərin İsrailin ali liderə hücum edə biləcəyini soruşduqda, Benyamin Netanyahu cavab verdi ki, İsrail “gərəkən şeyi edir”. "Mən təfərrüatlara varmayacağam, lakin biz onların aparıcı nüvə alimlərini hədəf alırıq", - deyə cənab Netanyahu bildirib.

İyunun 13-də İsrail İranın nüvə və müdafiə sənayesi obyektlərinə qarşı “Şir kimi insanlar” əməliyyatına başlayıb. İlk hücumlar İranın nüvə obyektlərinə edilib. Tehran buna cavab olaraq yüzlərlə raket atıb, bundan sonra İsrail aviasiyası İran ərazisindəki hədəfləri vurmağa davam edib.

Əziz Mustafa, Oxuməni.az

Избранный
21
oxumeni.az

1Источники