RU

Qəzzada yanacaq çatışmazlığı səhiyyə sistemini çöküş həddinə çatdırıb ÜST

ain.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus Qəzzada yanacaq çatışmazlığının səhiyyə sistemini çöküş həddinə çatdırdığını açıqlayıb.

Bizimyol.info "trthaber"ə istinadən xəbər verir ki, Qebreyesus İsrailin şiddətli hücumları və blokadası altında olan Qəzzadakı vəziyyətlə bağlı "X"də paylaşım edib.

100 gündən artıqdır Qəzzaya yanacaq axınının olmadığını və təxliyə zonalarında qalan yanacaq ehtiyatlarının geri alınması cəhdlərinin rədd edildiyini bildirən Qebreyesus:

"Bu, səhiyyə sistemini çöküş həddinə çatdırır. 17 xəstəxana, 7 sahə xəstəxanası və 43 sağlamlıq mərkəzi minimum gündəlik yanacaqla güclə işləyir. Tezliklə yanacaq qalmayacaq", - deyə qeyd edib.

Yanacaq çatışmazlığının bütövlükdə səhiyyə xidmətlərinə mane olduğunu qeyd edən Qebreyesus: "Yanacaq və tibbi ləvazimatların Qəzzaya hər vasitə ilə daxil olmasına icazə verin. Dərhal atəşkəs əldə edilməlidir", - deyib.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
12
bizimyol.info

1Источники