ain.az bildirir, Footbal-plus saytına əsaslanaraq.
“Droheda Yunayted”in məşqçi və futbolçu heyəti, həmçinin azarkeşləri məyusluq içindədi. İrlandiya klubu UEFA-nın qərarı ilə sanksiya alıb."Football-plus.az" xəbər verir ki, qitə futbol qurumu komandanı Konfrans Liqasının (KL) 2025/26 mövsümündə iştirakdan kənarlaşdırılıb. Klubun mətbuat xidmətinin məlumatına görə, buna səbəb “Droheda Yunayted”i maliyyələşdirən şirkətin KL-də çıxış edəcək “Silkeborq”un (Danimarka) da sponsoru olmasıdı. UEFA-nın reqlamentinə əsasən, bir sahibkara məxsus olan komandalar eyni turnirdə iştirak edə bilməz.“Droqeda Yunayted” rəhbərliyi artıq UEFA-nın qərarından İdman Arbitraj Məhkəməsinə şikayət edib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.