RU

Mənzillərdə qaz partlayışlarının səbəbi BU İMİŞ – Qalmaqallı AÇIQLAMA

Bir neçə ildən sonra çoxmərtəbəli binalara təbii qaz daxil olmayacaq, daha təhlükəsiz mühit yaranacaq.

Bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsi tərəfindən təşkil edilən “İstilik təchizatı haqqında” yeni qanun layihəsi ilə bağlı ictimai dinləmədə energetika nazirinin müavini Elnur Soltanov bildirib.

Nazir müavini bildirib ki, indi əsas təhlükəli sayılan məsələ təbii qazın çoxmərtəbəli binalara daxil olması ilə bağlıdır:

“Bu qanunun tətbiqindən sonra çoxmərtəbəli binalara təbii qaz daxil olmayacaq”.

Qeyd edək ki, yeni qanun mərkəzləşdirilmiş istilik təchizatı sistemlərinin yaradılmasını nəzərdə tutur.

Bəs bu tədbir mənzillərdə qaz partlayışlarının qarşısını ala biləcəkmi?

Suala qaz təsərrüfatı üzrə ekspert Nüsrət Qasımlı aydınlıq gətirib. O, Bizim.Media-ya açıqlamasında bildirib ki, Azərbaycan xalqı 100 ilə yaxındır ki, təbii qazdan məişətdə istifadə edir:

“Bu gün də abonentlərin sayı günbəgün artır. Bununla belə qaz xətlərinin binadan kənarlaşdırılması qəzaların qarşısını almayacaq. Çünki, əhaliyə ötürülən qaz birbaşa mədəndən gəlir. Halbuki əhaliyə verilən qaz Qaradağdakı Qaz Emalı Zavodunda emal edilməli, sonra istehlakçıya ötürülməlidir. Amma zavodun imkanları məhdud olduğu üçün qaz mədəndən çıxdığı formada mənzillərə verilir. Belə vəziyyətdə qazın tərkibində bir sıra zəhərli, təhlükəli maddələr, xüsusən də kükürd olur. Bax mənzillərdə baş verən partlayışların da səbəbi budur.

Ona görə də qaz xətlərinin binanın çölünə çıxartmaqla qəzaların qarşısını almaq olmaz”.

Surxay Atakişiyev, Bizim.Media

 

Избранный
8
bizim.media

1Источники