RU

Putin Şoyqunu xüsusi tapşırıqla Pxenyana göndərdi

Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Rusiya prezidenti Vladimir Putinin xüsusi tapşırığı ilə Pxenyana səfər edib.

Ucnoqta.az TASS-a istinadən xəbər verir ki, Şoyqunun KXDR lideri Kim Çen Inla görüşü gözlənilir.
Bu Şoyqunun KXDR-ə artıq son üç ayda üçüncü səfərdir.

Son dəfə Sergey Şoyqu Rusiya prezidenti Vladimir Putinin xüsusi tapşırığı ilə iyunun 4-də səfərdə olub. 

Bundan əvvəl Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi martın 21-də KXDR-ə səfər edib. 

Избранный
33
ucnoqta.az

1Источники