RU

Basketbol ulduzu nəhəng malikanə inşa edir

Oxu.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

NBA ulduzu, "Los Angeles Leykers" komandasının lideri LeBron Ceyms Beverli Hillzdə (Kaliforniya, ABŞ) xəyallarındakı evi inşa edir.

Oxu.Az xəbər verir ki, bu barədə "Beaumont Enterprise" məlumat yayıb.

Məlumata görə, LeBron hazırda asudə vaxtını hələ 2023-cü ildə başlayan tikintiyə həsr edir. Ceyms mülkü 2020-ci ildə 36.75 milyon dollara alıb, lakin evi söküb yerində nəhəng malikanə tikmək qərarına gəlib.

Malikanədə digər lüks guşələrlə yanaşı, mənzərəli hovuz, ev kinoteatrı, şərab anbarı və qapalı basketbol meydançası olacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
2
oxu.az

1Источники