RU

ABŞ prezidenti Tehranı təcili boşaltmağa çağırıb

Yeniavaz portalından alınan məlumata görə, ain.az xəbər verir.

“İran onlara dediyim “sövdələşməni” imzalamalı idi. Utanc mənbəyi və insan həyatının puç olmasıdır”.

Yeniavaz.com xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp özünün “Truth social” hesabında yazıb.

O, növbəti dəfə Tehranın təxliyəsinə çağırıb:

“Sadə dillə desək, İran nüvə silahına sahib ola bilməz. Mən bunu dəfələrlə dedim! Hamı təcili Tehranı boşaltmalıdır!”

Xatırladaq ki, İsrail iyunun 13-nə keçən gecə İranın nüvə proqramını hədəf alan “Aslan milləti” əməliyyatına başlayıb. 24 saat keçməmiş Tehran cavab hücumuna keçib. İsrail və İran növbəti günlərdə yenidən bir-birlərinin ərazilərinə zərbələr endirib. Hər iki tərəf hücumlar zamanı itki və ya itkilər barədə məlumat verib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
10
1
yeniavaz.com

2Источники