RU

Trampdan İrana son şans təklifi

Prezident Trampın İrana “son şans” təklifi təqdim edəcəyi gözlənilir. Bu təklif Ağ Ev administrasiyasının bir həftə yarım əvvəl Tehrana təqdim etdiyi əvvəlki təklifdən daha sərfəli ola bilər.

Hakimiyyet.az xəbər verir ki, bu barədə ABŞ və Avropa rəsmiləri “The Jerusalem Post”a bildiriblər. 

Qeyd olunur ki, belə bir təklif verilərsə, bu, Amerikanın “uranın sıfır zənginləşdirilməsi” prinsipinə əsaslanacaq.

Eyni zamanda, nəşr İsrail rəsmisinə istinadən qeyd edir ki, İsrailə hələlik bu məsələ ilə bağlı heç bir rəsmi müraciət daxil olmayıb. "Tehran və Vaşinqton hazırda danışıqlar aparır. Eyni zamanda, biz getdikcə daha çox hədəfə zərbələr endirməyə davam edirik", - o qeyd edib.

Избранный
1
3
hakimiyyet.az

4Источники