RU

Trampdan ŞOK ÇAĞIRIŞ: Hamı Tehranı dərhal tərk etsin!

Milli.az saytına istinadən ain.az xəbər verir.

ABŞ prezidenti Donald Tramp hər kəsin İranın paytaxtı Tehranı dərhal tərk etməli olduğunu deyib.

Milli.Az xəbər verir ki, ABŞ prezidenti bunu öz "Truth" hesabında yazıb.

"İran nüvə proqramı ilə bağlı onlara imzalamağı söylədiyim sazişi imzalamalı idi. Bu biabırçılıq və insan tələfatıdır. Sadə dillə desək, İranın nüvə silahı ola bilməz. Mən bunu dəfələrlə demişəm! Hamı Tehranı dərhal tərk etməlidir!" - o yazıb.

Tramp insanların niyə Tehranı boşaltmalı olduqlarını deməyib.

O, həmçinin Tehranın zamanında ABŞ ilə nüvə sazişi imzalamadığına təəssüfləndiyini bildirib.

Fidan

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
3
9
news.milli.az

10Источники