“Çelsi” klublararası dünya çempionatına qələbə ilə start verib.
Msport.az xəbər verir ki, London klubu “Los Anceles” üzərində qələbə qazanıb.
Konfrans Liqasının son qalibi hər hissədə bir qol vuraraq, amerikalıları 2:0 hesabı ilə məğlub edib. İngiltərə təmsilçisinin heyətində Pedro Neto və Entso Fernandes fərqləniblər.
Qeyd edək ki, qrupun digər qarşılaşmasında “Flamenqo” ilə “Esperanse Tunis” qarşılaşacaq.