RU

Tramp Makronu təkzib etdi: Sammiti başqa səbəbdən tərk etdim

BAKI, 17 iyun. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp fransalı həmkarı Emmanuel Makronun G7 sammiti ilə bağlı açıqlamasını təkzib edib.

Teleqraf xəbər verir ki, bu barədə o, “Truth Social” hesabında yazıb.

Trampın sözlərinə görə, Makron onun Kanadadakı sammiti vaxtından əvvəl tərk etməsi səbəbini yanlış təqdim edib.

“Prezident Emmanuel Makron diqqət mərkəzində olmaq üçün səhv məlumat verərək bildirib ki, guya mən G7 sammitini Vaşinqtona qayıdaraq İsrail və İran arasında atəşkəslə bağlı iş aparmaq üçün tərk etmişəm. Bu, həqiqətə uyğun deyil! Makron mənim Vaşinqtona niyə qayıtdığımı bilmir və bu qərarım atəşkəslə heç bir əlaqəsi olmayan, daha mühüm bir məsələ ilə bağlıdır. O, istər bilərəkdən, istərsə də bilməyərəkdən, hadisələri tez-tez səhv başa düşür. Gözünüz xəbərlərdə olsun!” – o qeyd edib.

Избранный
8
teleqraf.com

1Источники