RU

FIFA Klub Dünya Kuboku: “Çelsi” və “Flamenqo”dan inamlı qələbə

Amerika Birləşmiş Ştatlarında təşkil olunmuş və iyunun 14-də start götürmüş futbol üzrə FIFA Klub Dünya Kuboku davam edir.

Arena.az xəbər verir ki, ötən gün mundial çərçivəsində daha üç qarşılaşma baş tutub.

C qrupunun ikinci oyununda “Boka Xuniors” (Argentina) “Benfika” (Portuqaliya) ilə qarşılaşıb. Dörd qolun qeydə alındığı bu oyunda qalib müəyyənləşməyib.

D qrupunda isə iki qarşılaşma keçirilib. “Çelsi” (İngiltərə) yerli “Los Anceles”lə (ABŞ) görüşdə inamlı qələbəyə sevinib. Braziliya təmsilçisi “Flamenqo” da “Esperans”ı oxşar hesabla məğlub edib.

FIFA Klub Dünya Kuboku iyulun 13-dək davam edəcək. Turnirdə 32 komanda iştirak edir və onlar 8 qrupa bölünüblər. Hər qrupdan iki ən yaxşı komanda pley-off mərhələsinə yüksələcək. Yarışın mükafat fondu 1 milyard dollardan çoxdur.

FIFA Klub Dünya Kuboku
Qrup mərhələsi, 1-ci tur

C qrupu

Boka Xuniors (Argentina) – Benfika (Portuqaliya) 2:2
Qollar: Migel Merentiel, 21. Rodriqo Battalya, 27 – Anxel Di Mariya, 45+3-pen. Nikolas Otamendi, 84.

D qrupu

Çelsi (İngiltərə) – Los Anceles (ABŞ) 2:0
Qollar: Pedro Neto, 34. Entso Fernandes, 79.

Flamenqo (Braziliya) – Esperans (Tunis) 2:0
Qollar: De Arraskaeta, 17. Luis Arauxo, 70.

Избранный
24
arena.az

1Источники