RU

Rusiya Kiyevi qana boyadı - ölənlərin sayı 14-ü keçib


Dünyanın diqqəti İran-İsrail müharibəsinə yönəldiyi bir vaxtda, Rusiya və Ukrayna arasındakı qanlı toqquşmalar da dayanmaq bilmir. Ötən gecə Rusiya Ukrayna ərazisinə kütləvi zərbələr endirib. Unian-ın xəbərinə görə, əsas zərbələr paytaxt Kiyevə endirilib. Şəhərə həm dronlar, həm qanadlı raketlərlə atəş açılıb. Əsasən yaşayış binalarına endirilən zərbələr nəticəsində çoxlu ölən və yaralananlar var, onların sayı arta bilər.

Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenkonun sözlərinə görə, ölənlərin sayı 14 nəfərə çatıb. Mer Vitali Kliçkonun verdiyi məlumata görə, düşmənin paytaxta kütləvi hücumu nəticəsində 40-dan çox insan yaralanıb. Onlardan 30-dan çoxu xəstəxanaya yerləşdirilib.

Mətləb Salahov

Избранный
11
1
baki-xeber.com

7Источники