RU

İran buna görə gecə hücum edir

İsrailin “The Jerusalem Post” qəzeti İranın raket hücumlarını gecə saatlarında etməsinin təsadüf olmadığını yazıb.

Publika.az xəbər verir ki, gecə hücumları İranın hərbi doktrinasında gizlilik, qorxu və çaşdırma məqsədi daşıyır.

Bundan əlavə, texniki səbəblər də var. Bildirilib ki, İranın uzaqmənzilli raketləri yanacaqla işləyir və hazırlıq prosesi zaman alır. Bu zaman İran ordusu İsrailin müşahidə sistemlərinə qarşı müdafiəsiz qalır.

Bu səbəbdən yanacaq doldurma və atışlar əsasən gecə saatlarında edilir, çünki görünmə ehtimalı daha az olur və hava hücumundan qorunmaq mümkün olur.

Избранный
9
publika.az

1Источники