RU

Ən qədim insan qalıqları hesab olunurdu: Böyük səhv üzə çıxdı

1950-ci illərdə Yaponiyanın mərkəzində, Toyohaşi şəhəri yaxınlığında aparılan qazıntılar zamanı bir neçə qədim sümük tapıldı.

Uzun müddətdir ki, tapılan fosillərin yaşı 20 min il olan arxipelaqda  ən qədim insan qalıqları olduğuna inanılırdı. Belə bir əhəmiyyətli tapıntı tez bir zamanda Yaponiyanın antropoloji irsinin bir hissəsi olub və qalıqları bölgədəki ilk homo sapienslə əlaqələndirilib.

Lakin 80-ci illərin sonlarında bəzi ekspertlər qalıqların mənşəyinə şübhə etməyə başladılar. Elm adamları onların həqiqətən bir insana aid olduğuna əmin deyildilər.

Müasir texnologiyalar uzun müddətdir davam edən mübahisəyə son qoymağa imkan verib. KT skaneri və yüksək rezolyusiyaya malik vizuallaşdırma aparılıb. Tokio Universitetinin tədqiqatçısı Gen Suva və rəhbərlik etdiyi qrup qalıqları rəqəmsal mikroskop altında araşdıraraq, tapdıqları qədim qalıqların insan olmadığını sübut ediblər.

Məlum olub ki, sümüklər təxminən 20 min il əvvəl arxipelaqda dolaşan Ursus arctos növünə aid qədim qonur ayıya aid olub. Bu nəticə ətraflı morfoloji təhlil əsasında hazırlanıb və bu nəticədə qədim sümüklərin daxili quruluşu ayı ilə müqayisə edilib.

Toyohaşi qalıqları diskvalifikasiya edildikdən sonra diqqət tapılan digər qalıqlara yönəlib. Xüsusilə, Hamakita yaxınlığında aşkar edilmiş, yaşı 14000 - 17000 il arasında olduğu təxmin edilən skelet fraqmentləri hazırda Yaponiyada məlum olan ən qədim insan sümükləridir. 

Tayvana doğru uzanan adalar silsiləsi olan Ryukyu adalarında daha əvvəl insan həyatının əlamətləri tapılıb. Oradakı bəzi tapıntılar 32000 il əvvələ aiddir Amma bunlar skeletlər deyil, alətlər və insan fəaliyyətinin digər sübutlarıdır.

Alimlərin fikrincə, bu, ilk dəfə heyvan qalıqlarının insanla səhv salınması deyil. 1990-cı illərdə Alyaskada tapılan qədim ayı sümüyünün sonradan insana aid olduğu ortaya çıxıb. Bu, 3000 ildən çox əvvəl yaşamış yerli amerikalı qadına məxsus idi.

Bu səhvlər səhlənkarlıq deyil, aşkar edildiyi zamanın texnologiyasındakı məhdudiyyətlərlə bağlıdır. Sümüklər parçalandıqda və ya deqradasiya edildikdə, onların şəxsiyyətini müəyyən etmək çətin ola bilər. 

Избранный
10
1
cebheinfo.az

2Источники