Həkim Malışeva rusları yüksək duzlu mineral su içməməyə çağırıb.
Redaktor.az xəbər verir ki, həkim və teleaparıcı Yelena Malışeva “Sağlam yaşa!” verilişinin efirində xəbərdarlıq edib.
Birinci Kanalda yayımlanan proqramda bildirilib ki, bir növ su qan təzyiqini artıra bilər. Mütəxəssisin xəbərdarlığının olduğu epizodu telekanalın saytından izləmək olar.
Malışeva rusları yüksək duzlu mineral su içməməyə çağırıb. “Bu, ən ağır sudur. Qan təzyiqini yüksəldəcək, qan damarlarının divarlarında toplanacaq, orqanizmdə yığılacaq, şişlik yaradacaq”, – deyə həkim bildirib.
O, xüsusilə isti havalarda bu içkidən imtina etməyi tövsiyə edib. Malışeva vurğulayıb ki, əvəzində aşağı minerallaşmalı suya üstünlük vermək lazımdır.
Aytəkin TOFİQQIZI