Son İtaliya çempionu "Napoli" heyətini gücləndirmək üçün çalışmalara davam edir.

Offsideplus.az xəbər verir ki, Neapol klubu "Mançester Yunayted"dən Ceydon Sanço və "Liverpul"dan Darvin Nunyesi transfer etmək istəyir. Hər iki futbolçunun bu yay komandalarını tərk edəcəkləri gözlənilir.

Bu barədə "Sky Italia" məlumat yayıb.

Qeyd edək ki, "Napoli" artıq Kevin De Bruyne transferini rəsmiləşdirib.