RU

"Euronews" telekanalı Bakı Enerji Həftəsindən xüsusi reportaj hazırlayıb (VİDEO)

Bakı. Trend:

“Euronews” telekanalı iyunun əvvəlində keçirilmiş Bakı EnerjiHəftəsindən xüsusi reportaj hazırlayıb.

Trend-in məlumatına görə,sujetdə qeyd olunur ki, Bakı Enerji Həftəsi Azərbaycanın bərpaolunan enerji, strateji boru kəmərləri sahələrindəki iddialıhədəflərinin və ölkənin regional və qlobal enerji təhlükəsizliyinintəmin olunmasında artan rolunu müzakirə etmək üçün enerjisektorunun dünya liderlərini bir araya gətirir.

“Qlobal enerji təqviminin əsas tədbirlərindən biri olan bu forumhər il 2000-dən çox nümayəndəni və 240 şirkəti bir araya gətirir.2025-ci ildə forum 30-cu dəfə keçirilib. Tədbir zamanı Azərbaycanın2030-cu ilə qədər bərpa olunan enerji sahəsində 6,5 QVt gücyaratmaq niyyətində olduğu vurğulanıb. Bu isə ölkənin ümumi enerjibalansının 35 faizdən çoxunu təşkil etmiş olacaq”, – reportajdabildirilir.

Süjetdə əlavə edilir ki, Azərbaycanın enerji diplomatiyasında,ələlxüsus da Xəzər dənizini Avropa ilə birləşdirən Cənub QazDəhlizi kontekstində strateji roluna xüsusi diqqət yetirilir.

“Müzakirələrin mərkəzində enerji təhlükəsizliyi, “yaşıl” keçidvə geosiyasi əməkdaşlıq məsələləri dayanır ki, bunlar Azərbaycanınenerji siyasətinin təkamülünü və Almaniya kimi ölkə, “Masdar” kimişirkətlərlə tərəfdaşlığın genişlənməsini əks etdirir”, – reportajdavurğulanır.

Избранный
20
3
az.trend.az

4Источники