RU

Tramp Zelenski ilə G7 sammitində görüşməyəcək – görüş ləğv olundu- ÖZƏL

ABŞ prezidenti Donald Trampın Kanadada keçirilən "Yeddilik Qrupu" (G7) sammitindən vaxtından əvvəl ayrılması səbəbindən Ukrayna prezidenti Volodimir Zelenski ilə planlaşdırılan görüş baş tutmayacaq. Olaylar.az xəbər verir ki, bu barədə Avstriyanın Die Presse qəzeti məlumat yayıb.
Məlumata görə, Zelenski 16 iyun tarixində Vyanaya səfər edib, daha sonra isə sammitin keçirildiyi Kanadaya yollanıb. "Bu gün Zelenskinin G7 sammiti çərçivəsində Trampla görüşü planlaşdırılırdı. Lakin ABŞ prezidentinin sammiti vaxtından əvvəl tərk etməsi səbəbilə görüş baş tutmayacaq", - deyə qəzet yazır.
Politico nəşrinin məlumatına əsasən, 17 iyun tarixində G7 ölkələrinin liderləri Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsi məsələsini müzakirə edəcəklər. Tramp və Zelenski arasında Kanadanın Kananaskis şəhərində keçiriləcək görüş barədə daha əvvəl Ağ Ev tərəfindən açıqlama verilmişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
8
olaylar.az

1Источники