RU

Türkiyə MOSSAD agentlərinə qarşı mübarizəni gücləndirib

BAKI, TurkicWorld

Türkiyə Milli İstihbarat Təşkilatı (MİT) İsrail kəşfiyyat xidməti MOSSAD-a qarşı silsilə əməliyyatlar həyata keçirib.

TurkicWorld xəbər verir ki, MİT son illərdə MOSSAD-a qarşı bir sıra əməliyyatlar həyata keçirərək, əlaqəli 97 nəfəri saxlayıb.

Əməliyyatlar çərçivəsində həm yerli, həm də xarici vətəndaşlar müəyyən olunaraq zərərsizləşdirilib.

Məlumata görə, MİT 2021-ci ildən bəri MOSSAD-ın Türkiyə daxilində aktiv fəaliyyət göstərən agent şəbəkələrini izləyir. Prezident Rəcəb Tayyib Ərdoğanın 2023-cü ildə verdiyi sərt mesajdan sonra bu istiqamətdə əməliyyatlar daha da sürətləndirilib. Sonuncu əməliyyatda İsrailin tapşırıqlarını yerinə yetirən 16 nəfərlik xüsusi şəbəkə sıradan çıxarılıb.

Xatırladaq ki, 2024-cü il ərzində MİT tərəfindən 6 ayrı əməliyyat həyata keçirilib. Ən böyük əməliyyat yanvar ayında baş tutub və 8 vilayətdə 34 nəfərin həbsilə nəticələnib. Fevral ayında isə 9 nəfərlik başqa bir qrup hədəf alınıb. Əməliyyatlar çərçivəsində MOSSAD-a məlumat ötürdüyü iddia edilən sabiq polis Həmzə Turhan Ayberkin də saxlanılıb. “Köstəbək Əməliyyatı” ilə Türkiyədəki bəzi şirkətlər və onların müştəri məlumatlarını izləyən şəxslər də ifşa olunub.

Qeyd edək ki, İranla sərhəddə yerləşən Bazarqan keçid məntəqəsində “MOSSAD elementlərinin nəzarətsiz keçid cəhdi” ilə bağlı yayılan məlumatlar Dezinformasiya ilə Mübarizə Mərkəzi tərəfindən təkzib olunub. Bununla belə, Türkiyə daxilində təhlükəsizlik tədbirləri gücləndirilib.

Избранный
20
turkic.world

1Источники