Çərşənbə axşamı gecəsi Rusiya hərbçiləri on regionda 147 pilotsuz uçan aparatı məhv edib.
Herbiand.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“İyunun 16-sı Moskva vaxtı ilə saat 23:30-dan 17 iyun Moskva vaxtı ilə saat 7:00-a qədər olan müddətdə hava hücumundan müdafiə sistemləri Belqorod, Kursk, Bryansk, Voronej, Tver, Lipetsk, Moskva vilayəti, Oryol, Tulsk vilayəti əraziləri üzərində Ukraynaya məxsus 147 təyyarə tipli pilotsuz uçuş aparatını məhv edib”.