RU

Müslüm Maqomayevin nadir arxiv materialı ilk dəfə Video

ain.az xəbər verir, Axsham.az saytına əsaslanaraq.

Mərhum Xalq artisti, dünyaşöhrətli bəstəkar-müğənni Müslüm Maqomayevin nadir səsyazısı onun xatirəsinə həsr olunmuş rəsmi feysbuk səhifəsində ilk dəfə yayımlanıb.

Axşam.az xəbər verir ki, sözləri Nikolay Dobronravova məxsus olan mahnının adı "Земля - родина любви" ("Yer kürəsi - sevginin vətəni") adlanır.

İndiyə qədər yayımlanmamış səsyazısı 1985-ci ildə Bakıda Xalq Artisti, cazmen, pianoçu Rafiq Babayevin dirijorluğu ilə lentə alınıb. Mahnı M.Maqomayevin şəxsi kasetlərindən birində qorunub saxlanılıb.

Qeyd edək ki, bu, əvvəllər ictimaiyyətə təqdim olunmayan və sənətçinin rəsmi kolleksiyalarına daxil edilməyən nadir arxiv materialıdır. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
4
1
axsam.az

3Источники