RU

Bu şəxslərə hərbi xidmətə çağırışdan möhlət verilə bilər - MÜHÜM AÇIQLAMA

Bunun sayəsində onlar kolleci bitirdikdən sonra əsgərliyə yollanırlar. Ancaq 11-ci sinifdən kollecə qəbul olan şagirdlərə isə bu möhlət verilmir. Şagird 18 yaşı tamam olduqda təhsilini yarıda qoyub əsgərliyə gedir.

Qeyd edək ki, bu, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunla tənzimlənir.

Bu hal narazılıqlara səbəb olub.

Ajans.az xəbər verir ki, Bizim.Media məsələylə bağlı Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Mehriban Vəliyevanın fikirlərini öyrənib. Deputat məsələnin hüquqi tərəflərini izah edib.

O, bildirib ki, hazırda Azərbaycanda hərbi xidmətə çağırışla bağlı qanunvericilikdə mövcud olan fərqliliklər xüsusilə orta ixtisas təhsili alan gənclərin vəziyyətində özünü göstərir.

“Belə ki, 9-cu sinfi bitirib kollec və ya peşə təhsili müəssisələrinə daxil olan şəxslərə 21 yaşadək hərbi xidmətə çağırışa möhlət verilir. Bu, onların təhsillərini fasiləsiz davam etdirib tamamlaya bilmələri üçün nəzərdə tutulub.

Ancaq 11-ci sinifdən sonra kollec və ya peşə təhsili müəssisəsinə daxil olan şəxslər bu möhlətdən yararlana bilmirlər. Əgər onların 18 yaşı tamam olarsa, təhsillərini yarımçıq qoyaraq hərbi xidmətə yollanmalı olurlar. Bu isə bir sıra hallarda fasiləsiz təhsil prosesi baxımından çətinliklər yaradır. Bu fərq "Hərbi xidmətə çağırış və möhlət hüququ" ilə bağlı mövcud qanunvericiliyin müvafiq müddəaları ilə izah olunur. Qanuna əsasən, yalnız tam orta təhsili almamış və 9-cu sinifdən sonra orta ixtisas təhsilinə daxil olmuş şəxslər 21 yaşınadək möhlət hüququ qazanırlar. Halbuki, 11-ci sinifdən sonra kollecə daxil olan şəxslər artıq tam orta təhsil aldığından bu hüquqdan məhrum edilirlər”.

Mehriban Vəliyevanın sözlərinə görə bu yanaşma təhlükəsizlik və milli müdafiə baxımından da əhəmiyyət daşıyır.

Möhlət verilməsi Silahlı Qüvvələrin kadr təminatına mənfi təsir göstərə bilər.

“Təhsili tamamlamaq və daha yetkin yaşda hərbi xidmətə yollanmaq şəxsin həm fiziki, həm də mənəvi hazırlığına, sözsüz ki, daha yaxşı təsir edir. Lakin unutmayaq ki, xüsusilə regionda davam edən təhlükələr və sabitlik riskləri nəzərə alınaraq, ölkənin Silahlı Qüvvələrinin müasir və çevik şəkildə formalaşdırılması vacibdir. Həm də hərbi xidmət hər bir gəncin müqəddəs vətəndaşlıq borcudur. Tam təhsilli, intellektual və savadlı əsgər həm orduya, həm də cəmiyyətə daha böyük fayda verəcəyi hamımıza aydındır, lakin indiki şəraitdə bu, hərbi hazırlıq sisteminə zərər verə bilər”.

Bəs qanunda dəyişiklik oluna bilər?

“Zamanla regionda tam sabitlik və sülh qarantiyası təmin olunduqdan sonra bu məsələyə qanunvericilik baxımından qayıtmaq olar”, - deyə müsahibimiz sonda vurğulayıb.

Избранный
8
7
Ajans.az

8Источники