RU

Avropa Komissiyasının sədri Trampla G7 sammitində görüşü barədə danışıb

ain.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

Avropa Komissiyasının sədri Ursula Fon der Lyayen və ABŞ prezidenti Donald Tramp G7 sammiti çərçivəsində ikitərəfli danışıqlar aparıb.

"European Pravda"nın yazdığına görə, Fon der Lyayen bu barədə X-də paylaşıb edib.

Avropa Komissiyasının prezidenti qeyd edib ki, onun Trampla söhbəti “Ukraynadan ticarətə qədər” bir sıra mühüm məsələləri əhatə edib.

"Ticarətlə bağlı biz komandalara yaxşı, ədalətli bir razılaşma əldə etməyimizi təmin etmək üçün işi sürətləndirməyi tapşırdıq. Gəlin bunu edək",- xanım Lyayen yazıb.

ABŞ və Böyük Britaniya sammitində ticarət razılaşmasını yekunlaşdırıb. Kanadanın baş naziri Trampla 30 gün ərzində yeni iqtisadi və təhlükəsizlik razılaşması əldə etməyə çalışmaq barədə razılığa gəldiyini bildirib.

S.ELAY

XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
5
2
xalqqazeti.az

3Источники