RU

Tramp İrana diplomatik siqnal göndərdi Təcili görüşlər gözlənilir KONKRET

Konkret.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

ABŞ-ın sabiq prezidenti Donald Tramp İranla böhranın diplomatik həllinə yönəlmiş səyləri sürətləndirib.

KONKRET.az xəbər verir ki, CNN-in diplomatik mənbələrə istinadla yaydığı məlumata görə, Tramp administrasiyası Tehranla təcili görüş keçirmək üçün hazırlıq görür. Məqsəd – İranın İsraillə qarşıdurmadan diplomatik yolla çıxmaq niyyətinin nə dərəcədə ciddi olduğunu müəyyənləşdirməkdir.

The New York Times yazır ki, Tramp artıq öz xüsusi nümayəndəsi Stiven Uitkoffa və vitse-prezident Cey Di Vensə bu həftə İran rəsmiləri ilə görüş təklifi verib.

Bunun fonunda Washington Post qeyd edir ki, Tehran vasitəçilər vasitəsilə Vaşinqtona mesaj göndərərək, danışıqlara qayıtmağa hazır olduğunu bildirib. Lakin bunun üçün ilk şərt olaraq, İsrailin hücumlarının dayandırılmasını istəyib.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
6
1
konkret.az

2Источники