ABŞ prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkof və ABŞ-nin vitse-prezidenti Cey Di Vens bu həftə iranlılarla nüvə sazişini müzakirə edə bilərlər.
Ölkə.az “The New York Times” və “Axios”a istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Uitkof və Vensə İranla görüş təklif edib.
Nəşrin yazdığına görə, Vens və Uitkof onların həmsöhbəti çox güman ki, İranın xarici işlər naziri Abbas Əraqçi olacaq.
Əraqçi Obama administrasiyası ilə 2015-ci il nüvə sazişinin imzalanmasında əsas rol oynayıb və İranın böyük nüvə kompleksinin hər bir detalını bilir.
İranın xarici işlər naziri artıq sazişə açıq olduğunu nümayiş etdirib.
Öz növbəsində, “Axios” adı açıqlanmayan amerikalı rəsmiyə istinadən yazır ki, bu həftə yalnız Uitkof Əraqçi ilə görüşə bilər. Görüşün məqsədi nüvə sazişi və İsrail ilə İran arasında müharibəyə son qoyulması ilə bağlı diplomatik təşəbbüsü müzakirə etməkdir.
"Bu həftə iranlılarla görüş nəzərdə tutulur", - nəşrin mənbəsi vurğulayıb.
Rəsmi şəxs bildirib ki, ABŞ-nin İranın Fordodakı yeraltı nüvə obyektini məhv edə biləcək bombalara malik olması İrana qarşı əsas təzyiq rıçağıdır.
"Onlar danışıqlar aparmaq istəyirlər. Amma biz bilmirik ki, onlar ölkəni xilas etmək üçün danışıqlar aparmalı olduqlarını başa düşmək üçün tamamilə diz çökdürüblərmi?", - “Axios” yazıb.
“Washington Post” (WP) isə mənbələrə istinadən xəbər verir ki, İran rəsmiləri vasitəçilərə ABŞ-la danışıqları bərpa etməyə hazır olduqlarını, ancaq İsrail hücumlarını dayandırdıqdan sonra bildiriblər.
Nəşrin məlumatına görə, İsrail və İran arasında atəşkəs üzrə danışıqlara başlamaq səylərinə Qətər və Oman rəhbərlik edib.
CNN həmçinin bildirib ki, Tramp öz komandasına İran rəsmiləri ilə tez bir zamanda görüş təşkil etməyi tapşırıb.
Mürtəza