RU

SEPAH-ın daha bir generalı öldürülüb

İsrail Müdafiə Qüvvələri (IDF) İran silahlı qüvvələrinin yeni təyin olunmuş qərargah rəisi Əli Şadmanini zərərsizləşdirdiyini bəyan edib.

Day.Az xəbər verir ki, bu barədə İsrail KİV-ləri məlumat yayıb.

Məlumata görə, hadisənin təfərrüatları barədə hələ ki, açıqlama verilmir.

Qeyd edək ki, onun sələfi - Ələm Əli Rəşid bir neçə gün öncə İsrailin hava hücumları nəticəsində öldürülmüşdü.

Xatırladaq ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi hava zərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, o cümlədən, İran Silahlı Qüvvələri Baş Qərargah rəisi Məhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) baş komandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanı Qulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb.

Elə həmin günün axşamı, İran "Həqiqi Vəd III Əməliyyatı" ilə Israilə cavab verib: Tel-Əviv daxil olmaqla bir çox yerlərə yüzlərlə ballistik raket, pilotsuz uçuş aparatı buraxılıb, bu da mülki itkilərə və geniş-miqyaslı dağıntılara yol açıb.

Избранный
9
1
day.az

2Источники