RU

Azərbaycan: qlobal xaosda stabillik simvolu

Bakı. Trend:

2025-ci ilin dünyanı yeni geosiyasi və iqtisadi həqiqətlərləqarşı-qarşıya qoyduğu bir zamanda - çoxtərəfli institutlarınböhranından tutmuş enerji dogmalarının çökməsinə və təsirmərkəzlərinin cənub və şərqə sürüşməsinə qədər - dövlətlər özkimliklərini yalnız təhlükəsizlik və iqtisadiyyat kateqoriyalarındadeyil, həm də qlobal davamlılıq koordinatlarında yenidən nəzərdənkeçirməyə məcbur qalırlar.

Məhz bu tektonik dəyişikliklər fonunda əhalisinin sayı əksərAvropa dövlətlərindən az olan, lakin siyasi subyektivliyi rəsmiölçülərini xeyli üstələyən Azərbaycan strateji təkamül nümunəsininadir halda nümayiş etdirir.

Azərbaycan qeyri-sabitlikdən gizlənmir, onu fürsət məkanınaçevirir. Azərbaycan başqalarının gündəminə qarışmaq əvəzinə, dəqiq,praqmatik və çoxistiqamətli gündəm təklif edir.

Nəqliyyat dəhlizlərinin, enerji marşrutlarının və rəqəmsalxətlərin qovşağında yerləşən Bakı coğrafiyanı verilmiş reallıq kimideyil, geosiyasi quruculuq aləti kimi istifadə edir. Burada “ŞərqləQərb arasında körpü” şüar şəklində səsləndirilmir, o körpü realşəkildə qurulur, gücləndirilir və qorunur.

Azərbaycan enerji resurslarının təchizatçısı olmaqdan çəkinmir,amma bununla yanaşı, ardıcıl şəkildə sabitliyin, logistiketibarlılığın və texnoloji gələcəyin ixracatçısına çevrilir. Bunuanlamaq üçün şüarlara yox, rəqəmlərə, infrastruktur layihələrinə,investisiya portfellərinə və siyasi alyansların dinamikasınadiqqətlə baxmaq lazımdır.

Energetika, nəqliyyat, iqlim siyasəti və rəqəmsallaşmasahələrində Azərbaycan artıq nəinki nümunə göstərir, hətta buistiqamətləri praktikada həyata keçirir.

Rusiya ilə Ukrayna arasındakı münaqişənin davam etdiyi, İranlaİsrail arasında müharibənin getdiyi zamanda Cənubi Qafqaz postsovetməkanının ən sabit regionlarından biri olaraq qalır.

Bu, yalnız bəyanat səviyyəsində deyil, həm də institusionaləsaslarla təsdiqlənmiş faktdır və məhz bu amil Azərbaycanı XXIəsrin strateji məntiqi üçün dayaq nöqtəsinə çevirir. DövlətStatistika Komitəsinin məlumatına əsasən, 2024-cü ildə Azərbaycanadaxil olan birbaşa xarici investisiyalar 6,5 milyard dollar təşkiledib ki, bu da 2023-cü illə müqayisədə 38 faiz artım deməkdir. Buinvestisiyaların 62 faizi isə infrastruktur və enerji layihələrinə,xüsusilə Orta Dəhliz çərçivəsində yönəldilib. Buradakı sabitliktəsadüf deyil, maraqlar balansı, enerji təhlükəsizliyi,çoxtərəflilik və texnoloji əlaqəlilik prinsipləri əsasında qurulmuşçoxlaylı strateji memarlığın nəticəsidir.

Əgər XX əsrdə geosiyasət tanklar və raketlər üzərindənqurulurdusa, XXI əsrdə bunu logistika, kabel xətləri və borukəmərləri müəyyənləşdirir.

Çinlə Avropanı Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstanvə ardınca Türkiyə vasitəsilə birləşdirən Orta Dəhliz (Trans-XəzərBeynəlxalq Nəqliyyat Marşrutu) təkcə marşrut deyil, stratejiinfrastruktur oxuna çevrilib.

Rusiyanın Ukraynaya qarşı hərbi əməliyyatlara başlamasındansonra məzkur dəhliz həm Şimal (Rusiya vasitəsilə), həm də Cənub(İran vasitəsilə) dəhlizlərinə həyati alternativə çevrilib.

2023-cü ildə Orta Dəhlizlə 1,5 milyon ton yük daşınıbsa, 2024-cüildə bu göstərici 2,8 milyon tona çatıb, 2025-ci il üçün isəproqnoz 4,5 milyon tondur. Azərbaycan bu dəhlizin inkişafına 1,9milyard dollar sərmayə yatırıb, o cümlədən Bakı–Tbilisi–Qars dəmiryolunun yenidən qurulması istiqamətində genişmiqyaslı işlər görüb.Həmin dəmir yolunun yükdaşıma qabiliyyəti ildə 1 milyon tondan 5milyon tona çatdırılıb, Bakı dəniz limanının modernləşdirilməsi isəonun keçid imkanlarını 12 milyon tondan 25 milyon tona qədərartırıb. Burada rəmzi məna da az deyil: Azərbaycan dörd dənizi -Xəzər, Qara, Aralıq və Adriatik dənizlərini birləşdirən körpüyaradır. Bu, sadəcə logistika deyil, bu — geostrateji koddur.

Son beş il ərzində Azərbaycan təkcə Avropanın əsas təbii qaztəchizatçılarından birinə çevrilməklə kifayətlənməyib, eyni zamandabərpa olunan enerji mənbələrinə keçid istiqamətində genişmiqyaslıstrateji dönüş başlatmaqla enerji böhranı və iqlimtransformasiyasının ikili təzyiqi şəraitində strateji düşüncənümayiş etdirib. 2020–2025-ci illərdə Bakının enerji siyasətiBeynəlxalq Enerji Agentliyi (IEA), Avropa Komissiyası və Aİ-ninaparıcı sektor mərkəzlərinin analitik hesabatlarında diqqətmərkəzində olub. Məsələni daha dərindən anlamaq üçün rəsmirəqəmlər, bəyanatlar və investisiya planlarına əsaslanan aktualmənzərəyə nəzər salmaq kifayətdir.

Dövlət Neft Şirkətinin (SOCAR) rəsmi məlumatına görə, 2024-cüildə ölkə 22 milyard kubmetrdən çox təbii qaz ixrac edib ki, bununda 11 milyard kubmetri Avropa istiqamətinə yönəlib.

Bu, 2020-ci ildəki təxminən 9 milyard kubmetrlik göstərici iləmüqayisədə 2,5 dəfəlik artım deməkdir; həmin dövrdə Avropayayönələn ixrac 4 milyard kubmetrdən az idi. Hazırda Azərbaycan qazı12 ölkəyə, o cümlədən Avropa İttifaqının 10 üzv dövlətinə —İtaliya, Yunanıstan, Bolqarıstan, Rumıniya, Macarıstan, Xorvatiyavə digərlərinə çatdırılır. Xüsusi əhəmiyyət daşıyan Cənub QazDəhlizi üç əsas infrastruktur komponentindən ibarətdir: BakıdanTbilisi və Ərzuruma qədər uzanan Cənubi Qafqaz Boru Kəməri (SCP);Türkiyə ərazisindən keçən TANAP (Transanadolu Qaz Boru Kəməri);Yunanıstan və Albaniya üzərindən İtaliyaya uzanan TAP(Transadriatik Qaz Boru Kəməri).

2024-cü ildə TAP boru kəməri 9,6 milyard kubmetrlik rekordyükləmə həddinə çatıb ki, bu da onun layihə üzrə nəzərdə tutulan 10milyard kubmetrlik gücünə çox yaxındır. 2025-ci ilin mayındaİtaliya tənzimləyicisi ARERA-nın məlumatına əsasən, TAP AGkonsorsiumu bu həcm 2028-ci ilədək 20 milyard kubmetrə çatdırmaqüçün genişlənmə üzrə müraciətlərin qəbuluna başlayıb ki, bu daAİ-nin Rusiya yan keçidini nəzərdə tutan təchizatınşaxələndirilməsi maraqları ilə tam üst-üstə düşür. Azərbaycan sübutedib ki, etibarlı və proqnozlaşdırıla bilən tərəfdaş ola bilər.

Əgər Avropa qaz infrastrukturuna sərmayə yatırmağa hazırdırsa,biz də təchizat həcmini artırmağa hazırıq. Bizdə potensial da var,ehtiyat da, logistika da, siyasi iradə də. Bu mövqe AvropaKomissiyasının 2025-ci ilin martında yayımladığı hesabatla da uyğungəlir. Həmin hesabatda Azərbaycan artıq Cənubi Avropaya qaztədarükündə Əlcəzairdən sonra ikinci yeri tutur və bu istiqamətdəLiviya və ABŞ-ı (mayeləşdirilmiş təbii qaz - LNG üzrə) geridəqoyur.

Qaz ixracının inkişafı ilə paralel olaraq Azərbaycan “yaşıl”enerjiyə keçid istiqamətində səylərini gücləndirib. BeynəlxalqBərpa Olunan Enerji Agentliyi (IRENA) və Azərbaycanın EnergetikaNazirliyinin 2025-ci ilin fevralında yaydığı birgə hesabatda qeydolunur ki, ölkənin ümumi bərpa olunan enerji potensialı 200 QVtsəviyyəsində qiymətləndirilir.

Bu potensiala Xəzər dənizində 157 QVt-lıq ofşor külək enerjisi,Naxçıvan və şərq bölgələrində 23 QVt-lıq günəş enerjisi, Kür vəonun qollarında kiçik və orta hidroelektrik stansiyalarla 10–12QVt-lıq hidroenerji daxildir. Yaşıl transformasiyanın əsas layihəsiisə 2024-cü ilin dekabrında Buxarestdə Azərbaycan, Gürcüstan,Rumıniya və Macarıstan arasında imzalanmış dördtərəfli enerjirazılaşması çərçivəsində razılaşdırılmış Qara dənizin dibi iləçəkiləcək “yaşıl kabel” layihəsidir.

2025-ci ilin fevralında bu təşəbbüsə müşahidəçi statusundaBolqarıstan da qoşulub. Layihəyə Gürcüstan sahillərindənRumıniyanın Konstansa limanına qədər 1 QVt gücündə HVDC tiplisualtı kabelin çəkilməsi daxildir. Ümumi büdcəsi 2,3 milyard dollarolan layihənin 800 milyon dollarını Avropa İnvestisiya Bankı, daha700 milyon dollarını isə Avropa Yenidənqurma və İnkişaf Bankı(EBRD) ilə birgə maliyyələşdirəcək. Tikintinin 2029-cu ilədək başaçatdırılması və 2030-cu ildən kommersiya təchizatına başlanmasıplanlaşdırılır. Wood Mackenzie analitiklərinin qiymətləndirməsinəgörə, “Qara Dəniz Enerji Dəhlizi” layihəsi 2035-ci ilədəkCənub-Şərqi Avropanın yaşıl enerji tələbatının 4 faizini ödəyəbilər, ilkin faza uğurlu olarsa, 3–4 QVt-lıq əlavə genişlənməimkanı da mövcuddur. Azərbaycan sadəcə Şərqlə Qərb arasında körpüqurmaqla kifayətlənmir — o, yeni enerji paradiqmasının aparıcısınaçevrilir; burada karbohidrogenlər və bərpa olunan enerji bir-birinəqarşı deyil, sinerji şəraitində fəaliyyət göstərir.

2025-ci ildə Azərbaycanın “yaşıl” energetika sahəsində əsasxarici tərəfdaşları aşağıdakılar olub: Birləşmiş ƏrəbƏmirliklərinin "Masdar" şirkəti - 230 MVt gücündə Qobu günəşelektrik stansiyasının tikintisi layihəsi, istismara verilmə tarixi2024-cü il; Səudiyyə Ərəbistanının "ACWA Power" şirkəti - 240 MVtgücündə külək parkının inşası; Avstraliyanın Fortescue FutureIndustries şirkəti - hidrogen infrastrukturu üzrə birgə inkişafhaqqında razılaşma; Fransanın "TotalEnergies" şirkəti - Xəzərdənizində ofşor külək energetikası sahəsinə maraq. 2025-ci ilinmartında Azərbaycan Siemens Energy və ABB ilə hibrid enerjisistemlərinin idarə olunması üzrə regional mərkəzin yaradılmasıhaqqında memorandum imzalayıb.

Azərbaycan və Qazaxıstan 2025-ci ildə "Digital Silk Road"təşəbbüsü çərçivəsində Xəzər dənizinin altından optik-lifliinternet kabelinin çəkilişinə başlayıblar. Bu layihə Dünya Bankı vəAsiya İnfrastruktur İnvestisiya Bankının dəstəyi iləəlaqələndirilir və daha geniş miqyaslı Avrasiya rəqəmsal qovşağınainteqrasiya olunacaq. Kabelin uzunluğu 370 kilometr, ötürməqabiliyyəti 40 Tbit/saniyəyə qədər, ümumi dəyəri isə 185 milyondollardır. Rəqəmsal transformasiya dövründə (Avropa İttifaqındarəqəmsal iqtisadiyyat artıq ÜDM-in 22 faizini keçib) bu cürlayihələrin əhəmiyyəti neft və qazla müqayisə ediləcəksəviyyədədir. Azərbaycan yeni mərhələyə - regional rəqəmsalsuverenlik və telekommunikasiya müstəqilliyi səviyyəsinəyüksəlir.

Avropa İttifaqı hələ də Cənubi Qafqaza münasibətdə vahidstrateji yanaşmaya malik deyil. Brüssel baş verənlərə reaksiyaverir, amma onları qabaqlamır. Bu şəraitdə Azərbaycantəşəbbüskarlıq və institusional yetkinlik nümayiş etdirir. 2024-cüildə Bakıda keçirilən COP29 çərçivəsində Qazaxıstan və Özbəkistanlabərpa olunan enerji sahəsində əməkdaşlığa dair imzalanmışmemorandum dönüş nöqtəsinə çevrilib. Avropa Komissiyası artıqTransxəzər marşrutunu nəqliyyat və enerji sahəsindəmaliyyələşdiriləcək prioritet layihələr siyahısına daxil edib.

"European Policy Centre"in hesabatına əsasən, Aİ-nin növbəti 10il ərzində Transxəzər dəhlizinin inkişafına azı 8,5 milyard avrosərmayə yatırması vacibdir ki, qeyri-sabit marşrutlardan vəpartnyorlardan asılılıq azaldılsın.

2025-ci ildə Donald Trampın yenidən hakimiyyətə gəlməsi stratejiyaxınlaşma üçün fürsət pəncərəsi açdı. Azərbaycan TAP layihəsininhəyata keçirilməsində Trampın 2017–2019-cu illərdə Avropanın bəziliderlərinin skeptik münasibətinə baxmayaraq göstərdiyi qəti siyasidəstəyi unutmur. Bu, praqmatizm və siyasi iradənin ideyanı real qazkəmərinə çevirdiyi nadir nümunə idi. İndi Azərbaycankibertəhlükəsizlik, rəqəmsal infrastruktur, müdafiə sahəsindəəməkdaşlıq və enerji üzrə ikitərəfli əlaqələri daha dadərinləşdirməyə hazırdır. Əsas ideya budur: Aİ və ABŞ üçün stratejimuxtariyyət Cənubi Qafqazla etibarlı əlaqələr olmadan mümkündeyil.

1993–2020-ci illərdə Naxçıvan Ermənistan tərəfindən tamblokadada qalmışdı. Sünik rayonu üzərindən kommunikasiya əlaqəsininbərpası həm tarixi ədalətin, həm də geo-iqtisadi məntiqinbərpasıdır.

Yaxşı, qoy buna "dəhliz" deməsinlər, adını necə istəyirlərqoysunlar, amma bizim Naxçıvanla əlaqəmiz olmalıdır. Bu, müzakirəmövzusu deyil.

Bu marşrut təkcə Bakı ilə Naxçıvanı birləşdirən nəqliyyat xəttideyil. O, Orta dəhlizi məntiqi şəkildə tamamlayaraq XəzərdənTürkiyəyə, oradan isə Balkanlara çıxışı təmin edir. Onunbloklanması isə süni təcrid və anakronizmdir. Bu baxımdanErmənistanın gələcəkdən kənarda qalmamaq imkanı var, lakin bu,yalnız siyasi iradə və şantajdan imtina tələb edir.

Konyikturadan postmünaqişə mərhələsinə keçid fonunda Azərbaycancəmi iki il ərzində Qarabağ üzərində suverenliyini bərpa etməkləhəm beynəlxalq hüquq, həm də geosiyasi baxımdan yeni sabitlikmemarlığını formalaşdırmağa nail olub. 2023-cü ilin payızındakeçirilmiş 24 saatlıq antiterror tədbirindən sonra Azərbaycanınordusu nəzarəti tam şəkildə bərpa etmiş, bölgədəki erməniseparatçılarının hərbi infrastrukturu ləğv olunmuş və proses geridönüşü olmayan nöqtəyə çatmışdır. 2025-ci ilin ortalarına doğruartıq tam aydın görünür ki, Qarabağ münaqişəsi yalnız de-faktodeyil, həm də de-yure başa çatıb.

Bakı ilə İrəvan arasında sülh yalnız siyasi bəyanatlarsəviyyəsində deyil, həm də institusional çərçivədə formalaşmaqüzrədir. Bu proses şüarlarla deyil, faktlar, rəsmi bəyanatlar,statistika və diplomatik dinamika ilə təsdiqlənir. 2023-cü ilinyekunlarına görə, beynəlxalq təşkilatlar Qarabağ ərazisindəAzərbaycanın inzibati və hüquqi nəzarətinin tam bərpa olunduğunutəsdiqləyiblər.

BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının 2024-cü ilədair A/HRC/58/19 saylı hesabatında qeyd olunur ki, “2023-cü ilinsentyabrında döyüşlər başa çatdıqdan sonra erməni silahlıbirləşmələri regionu tərk etmiş, sərhədlərə nəzarət Azərbaycanhökuməti tərəfindən bərpa olunmuşdur”.

Həmin sənəddə vurğulanır ki, “etnik mənsubiyyətə görə sistematikrepressiya qeydə alınmamışdır”, və çoxsaylı “məcburi köç”iddialarına baxmayaraq, bu prosesin əslində könüllü vətəşkilatlanmış çıxış formatında həyata keçirildiyi bildirilir.Aİ-nin Ermənistan sərhədindəki monitorinq missiyasının 2024-cü ilinmartında yayımladığı hesabatda qeyd olunur ki, “təmas xəttindədöyüş əməliyyatlarının bərpa olunması üçün birbaşa təhlükə yoxdur.Azərbaycan tərəfi ərazilərin reinteqrasiyası istiqamətindəinstitusional addımlar atır.” ABŞ Dövlət Departamentinin “CountryReport on Human Rights Practices - 2024” sənədində də oxşarqiymətləndirmələr yer alır.

2024–2025-ci illərdə Azərbaycan və Ermənistan arasında aparılandanışıqlar sabit və dayanıqlı xətt üzrə inkişaf edib. Aİ, ABŞ vəRusiyanın vasitəçiliyi ilə altı ikitərəfli görüş baş tutub. Sonuncuxarici işlər nazirləri səviyyəsində görüş 2025-ci ilin mayındaVaşinqtonda keçirilib. Görüş nəticəsində üç əsas məsələ üzrəirəliləyiş qeydə alınıb: 1991-ci il sərhədləri çərçivəsində ərazibütövlüyünün qarşılıqlı tanınması; kommunikasiya xətlərininaçılması (o cümlədən Zəngəzur marşrutunun müzakirəsi); sərhədlərindemarkasiyası - 2025-ci ilin mayına qədər 120 km-dən çox sərhədxətti, o cümlədən Tavuş rayonundakı mübahisəli sahələr demarkasiyaolunub.

ABŞ Dövlət Departamenti tərəfindən 18 may 2025-ci il tarixindəyayımlanmış bəyanatda vurğulanır: “Azərbaycanla Ermənistan arasındasülh sazişi yaxın perspektivdə mümkündür. ABŞ Azərbaycanınkonstruktiv mövqeyini alqışlayır və bu yanaşmanı davamlı sülh üçünəsas sayır.”

Azərbaycan dəfələrlə qeyd edib ki, söhbət Ermənistanıntəcridindən deyil, onun bərabərlik və qarşılıqlı hörmət prinsipləriəsasında regional iqtisadiyyata daxil olmasından gedir.

Biz Ermənistanı təcrid etmək istəmirik. Biz ona regionalinkişafın bir parçası olmağı təklif edirik. Amma bu, dərk olunmuşvə könüllü qərar olmalıdır. Biz 30 il gözlədik ki, ədalət bərpaolunsun. İndi biz qarşılıqlı hörmət və beynəlxalq hüquqa əsaslananortaq gələcək qurmağa hazırıq.

Bu mövqe diplomatik praktikada da öz təsdiqini tapır. Siyasigərginliyə baxmayaraq, erməni şirkətləri artıq Cənubi Qafqazdəhlizləri ilə bağlı logistika zəncirlərində iştirak edirlər.Gürcüstan İqtisadiyyat Nazirliyinin məlumatına görə, 2024-cü ildəAxalkalaki–Qars dəhlizi ilə daşınan tranzit yüklərin 4,3 faiziErmənistan mənşəli məhsullar olub və bu məhsullar Azərbaycanərazisindən razılaşdırılmış tranzit mexanizmi ilə daşınıb.

Qarabağın sabitləşdirilməsi təkcə siyasi deyil, həm də iqtisadinəticələr verib. 2023–2025-ci illərdə keçmiş münaqişə bölgəsinə 5,4milyard manatdan (təxminən 3,2 milyard ABŞ dolları) çox sərmayəyönəldilib.

Bu vəsait infrastruktur, kənd təsərrüfatı, kommunal və enerjişəbəkələrinin bərpasına sərf olunub. Təkcə 2024-cü ildə Şuşa, Ağdamvə Füzulinin bərpasına 1,8 milyard manat ayrılıb. Azərbaycanİqtisadiyyat Nazirliyinin məlumatına əsasən, regionda artıq 192yeni təsərrüfat subyekti fəaliyyət göstərir, onların arasındaTürkiyə və Pakistan kapitallı birgə müəssisələr də var. Dünya BankıQrupunun 2025-ci ilin mayında təqdim etdiyi hesabatda qeyd olunurki, Qarabağ regionu aqrosənaye və günəş enerjisi istehsalı üçünperspektivli zona kimi qiymətləndirilir. Günəş enerjisi üzrə ümumipotensial 5,1 QVt olaraq göstərilir, bunlardan 300 MVt-lıqlayihələr artıq Cəbrayıl və Zəngilanda işə salınıb.

Qarabağ münaqişəsinin başa çatması ilə Azərbaycan de-fakto vəde-yure olaraq yeni siyasi mərhələyə qədəm qoydu: müharibəvəziyyətində olan ölkədən regionda dayanıqlılıq faktoruna çevrildi.Bu transformasiya beynəlxalq indekslərdə də öz əksini tapıb.

Dünya Bankının "World Governance Indicators" metodologiyasınaəsasən, Azərbaycanın siyasi sabitlik indeksi 2021-ci ildəki -0.29göstəricisindən 2024-cü ildə +0.24-ə yüksəlib.

"Global Peace Index" reytinqində Azərbaycan 2021-ci ildəki120-ci yerdən 2024-cü ildə 94-cü yerə irəliləyib. Eurasia GroupRisk Atlas 2025 sənədinə əsasən, Azərbaycan uzunmüddətliinvestisiyalar üçün sistemli risklərin ən az olduğu region ölkələriarasında ilk üçlükdə yer alır — Birləşmiş Ərəb Əmirlikləri vəSəudiyyə Ərəbistanından sonra. Münhen Təhlükəsizlik Konfransının2025-ci ilin fevralında yayımladığı hesabatda Cənubi Qafqaz ilkdəfə “proqressiv qarşılıqlı fəaliyyət zonaları” bölməsinə daxiledilmiş, Azərbaycan isə “Şərqi Avropadan Mərkəzi Asiyaya qədəruzanan əhatədə struktur sabitləşdirici aktor” kimi xarakterizəolunmuşdur.

Birinci növbədə bu, energetikadır. Hazırda Azərbaycan 10 Avropaölkəsinə qaz ixrac edir, təkcə 2024-cü ildə bu göstərici 22,3milyard kubmetrə çatıb. 2030-cu ilədək bu həcmin ikiqat artırılmasıplanlaşdırılır.

İkinci istiqamət logistikadır. Azərbaycan üzərindən keçən OrtaDəhliz 4 milyon tondan artıq yükün tranzitini təmin edir və bu,Rusiyadan və İrandan keçən sanksiyalı marşrutlara alternativ kimiçıxış edir.

Üçüncüsü isə rəqəmsal infrastruktur sahəsidir. QazaxıstanlaAzərbaycan arasında çəkilən sualtı internet kabeli və Digital SilkRoad təşəbbüsünə inteqrasiya nəticəsində Azərbaycan Asiya iləAvropa arasında rəqəmsal körpüyə çevrilməkdədir.

Nəticə olaraq: Azərbaycan - Avrasiya sülhünün dayağıdır.Gələcəyin geosiyasəti tanklar və donanmalarla yox, marşrutlar,kabel xətləri, enerji körpüləri və rəqəmsal dəhlizlərlə qurulur.Azərbaycan məhz belə bir memarlıq inşa edir: davamlı, ağıllı vəinstitusional. O, qlobal düzənlərə uyğunlaşmır - onları Avrasiyaməkanında özü formalaşdırır. Azərbaycan təkcə iştirakçı deyil, həmdə yeni transkontinental əlaqələr sisteminin memarıdır.

Bu, neftlə günəşin, İslamla postsəkulyar rasionalizmin, Xəzərləqlobal internetin, Şərqlə Qərbin qovuşduğu ölkədir. Dünya xaosiçindədir, amma Azərbaycan hesablanmış rasional davranış adasına,ədalətli iqtisadiyyat qovşağına və gələcəyə aparan strateji dəhlizəçevrilir.

Избранный
5
4
az.trend.az

5Источники