RU

“Benfika” Argentina klubu ilə heç-heçəyə razılaşdı

ABŞ-də keçirilən klublararası dünya çempionatının qrup mərhələsinin ilk turunda Portuqaliyanın "Benfika" və Argentinanın "Boka Xuniors" komandaları qarşılaşıblar.

Yenisabah.az xəbər verir ki, oyun Mayamidə baş tutub və 2:2 hesabı ilə bitib.

Matçın gedişində hakim 3 futbolçuya birbaşa qırmızı vərəqə göstərib. "Boka Xuniors"dan Ander Herrera (45) və Nikolas Fiqal (88), "Benfika"dan isə Andrea Belotti (70) qırmızı vərəqə alıb.

Almaniyanın "Bavariya"sı 3 xalla C qrupuna başçılıq edir. "Benfika" və "Boka Xuniors"un hərəyə bir xalı var. Yeni Zelandiyanın "Oklend Siti" komandası hələ heç bir xal qazana bilməyib.

Növbəti mərhələdə “Benfika” “Oklend Siti” ilə (20 iyun, saat 21:00), “Bavariya” isə “Boka Xuniors”la (22 iyun, 4:00) qarşılaşacaq.

Braziliyanın "Botafoqo" komandası Tunisin "Esperance2" komandasına 2:0 hesabı ilə qalib gəlib.

Qarşılaşma Filadelfiyada baş tutub.

D qrupunda İngiltərənin “Çelsi” və “Flamenko”nun hərəyə 3 xalı var. "Esperans" və "Los-Anceles"in xalları yoxdur.

İkinci turda Los-Anceles "Esperans" (21 iyun, 1:00), "Bavariya" - "Boka Xuniors" (21 iyun, 4:00) qarşılaşacaq.


Telegram kanalımız
Избранный
31
1
yenisabah.az

2Источники