RU

SEPAH generalı ÖLDÜRÜLDÜ

İsrail Müdafiə Ordusu gecə saatlarında İrana endirilən zərbələr zamanı İran Silahlı Qüvvələrinin Hava Hücumundan Müdafiə Qoşunlarının komandanlığı – “Xatəmül-Ənbiyə” qərargahının rəisi, SEPAH (İslam İnqilabı Keşikçiləri Korpusu) generalı Əli Şadmanini öldürüb.

Ulusal.az  xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

“İsrail Müdafiə Ordusu İran rejiminin yüksək rütbəli hərbi komandirini zərərsizləşdirib. Dəqiq kəşfiyyat məlumatları əldə edildikdən sonra gecə saatlarında İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları Tehranın mərkəzində yerləşən qərargaha aviazərbə endirərək, hərbi qərargahın rəhbəri, İran lideri Əli Xameneiyə ən yaxın şəxslərdən biri və ən yüksək rütbəli hərbi komandir olan Əli Şadmanini öldürüb”, – bəyanatda deyilir.Musavat.com

Избранный
8
1
moderator.az

2Источники