Son günlər mətbuatda "Göyəzən"in "Turan Tovuz"un farm klubu olacağına dair məlumatlar yayılıb.
Rekord.az xəbər verir ki, növbəti mövsüm üçün əvəzedici liqanın ləğvi gözlənilir ki, Tovuz təmsilçisi də hazırkı əvəzediclərini dağıtmamaq üçün onları "Göyəzən"ə göndərib farm klub kimi saxlamağı düşünür.
Təbii ki, belə olan halda Qazax təmsilçisinin bütün xərclərini də "Turan Tovuz" rəhbərliyi qarşılayacaq. Məsələyə "Göyəzən"dən də müasibət öyrənmək üçün komandanın baş məşqçisi Elxan Muradovla əlaqə saxladıq. Muradov saytımıza açıqlamasında bunları dedi: "VAllah biz də bu xəbərləri mətbuatdan oxuyuruq. Amma "Turan Tovuz"dan bununla bağlı bu günə qədər bizimlə heç kim əlaqə saxlamayıb".