RU

Xoakin Kaparros Matias Almeyda ilə əvəzləndi - “Sevilya”da

İspaniyanın “Sevilya” komandasının baş məşqçisi Xoakin Kaparros vəzifəsindən ayrılıb, onu bu postda Matias Almeyda əvəz edib.

Arena.az xəbər verir ki, bu barədə La Liqa klubunun mətbuat xidməti məlumat yayıb.

69 yaşlı mütəxəssislə müddəti bu yay başa çatmış müqavilə yenilənməyib. Kaparros bu komandanı 2025-ci ilin aprel ayından çalışdırmağa başlamışdı. O, “Sevilya”nı cəmi 7 oyuna çıxarıb, cəmi 1 qələbə, 2 heç-heçə və 4 məğlubiyyət görüb.

Vurğulayaq ki, bu, Xoakin Kaparrosun “Sevilya”nın sükanı arxasında dördüncü macərası olub. Buna qədər ispan mütəxəssis 2000-2005-ci illərdə, 2017/2018-ci illər mövsümündə, həmçinin 2018/2019-cu illər mövsümünün son 11 oyununda bu komandanı çalışdırmışdı.

Artıq “Sevilyan”ın yeni baş məşqçisi də məlumdur. Sözügedən komandaya bundan sonra Matias Almeyda rəhbərlik edəcək. 51 yaşlı mütəxəssislə 3 illik müqavilə imzalanıb.

Matias Almeyda daha əvvəl Argentinada “River Pleyt”, “Banfild”, Meksikada “Çivas”, ABŞ-də “San Xose”, son olaraq Yunanıstanda AEK-də çalışıb.

Xatırladaq ki, “Sevilya” İspaniya La Liqasında 2024/2025-ci illər mövsümünü 41 xalla 17-ci pillədə başa vurub.

Избранный
11
arena.az

1Источники