RU

Səyahət üçün dünyanın ən təhlükəsiz ölkəsi

İslandiya 2025-ci ildə beynəlxalq səyahətçilər üçün ən təhlükəsiz ölkə seçilib.

Ucnoqta.az xəbər verir ki, bu barədə “HelloSafe” analitik platforması məlumat yayıb.
Kanada maliyyə və analitik platformasının məlumatına görə, İslandiyada təhlükəsizlik indeksi 18,23 bal təşkil edib. Beləliklə, Avropa ölkəsi 19,99 indekslə ikinci olan Sinqapuru və 20,05 indekslə Danimarkanı geridə qoyub.

Statistikaya görə, dünyanın ən təhlükəsiz 15 ölkəsindən 12-si Avropadadır, o cümlədən Çexiya altıncı, Sloveniya yeddinci, Finlandiya isə səkkizinci yerdədir. İlk 15-likdə həmçinin 24,63 balla Baltikyanı ölkə Estoniya, 22,98 balla Butan və 23,33 balla Qətər yer alıb.

Bildirilir ki, təhlükəsizlik indeksi 0-dan 100-ə qədər miqyasda hesablanır, burada ən yüksək bal toplayan ölkələr səyahət üçün ən az təhlükəsizdir.
HelloSafe platforması təbii fəlakətlər, zorakılıq, xarici və daxili silahlı münaqişələrin kateqoriyalarını, habelə ölkənin səhiyyə səviyyəsini və militarizasiyasını əhatə edən 35 meyardan istifadə edir.

Избранный
11
ucnoqta.az

1Источники