RU

21 müsəlman ölkəsi birgə bəyanat yayaraq İsrailin İrana hücumunu pisləyib

21 müsəlman ölkəsinin xarici işlər nazirləri birgə bəyanat yayaraq İsrailin İrana hücumunu pisləyib.

“7Times.az” “Tasnim”ə istinadən xəbər verir ki, tərəflər vəziyyətin təhlükəli şəkildə gərginləşməsindən ciddi narahatlıqlarını ifadə ediblər.

Bəyanatı İraq, Qətər, Səudiyyə Ərəbistanı, BƏƏ, Oman, Küveyt, Bəhreyn, İordaniya, Misir, Sudan, Əlcəzair, Komor adaları, Cibuti, Somali, Liviya, Mavritaniya, Pakistan, Türkiyə, Çad və Bruney xarici işlər nazirləri imzalayıblar.

Sənəddə qeyd olunub ki, gərginliyin artması bütün regionun təhlükəsizliyi və sabitliyi üçün ciddi nəticələr doğurur və bu hücum dərhal dayandırılmalıdır.

Bəyanat müəllifləri Atom Enerjisi Beynəlxalq Agentliyinin zəmanəti altında olan nüvə obyektlərinin Agentliyin və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq hədəfə alınmamasının vacibliyini vurğulayıb və bildiriblər ki, nüvə obyektlərinə hücum beynəlxalq qanunların və humanitar hüququn açıq şəkildə pozulmasıdır.

Избранный
6
4
7times.az

5Источники