RU

Brent markalı neftin barreli 73,64 dollara düşüb

Finss.az xəbər verir ki, neft qiymətləri əvvəlki ticarət sessiyasında mülayim yüksəlişdən sonra ucuzlaşmağa başlayıb.

Londonun ICE Futures birjasında Brent markalı avqust fyuçerslərinin qiyməti Moskva vaxtı ilə saat 14:17-ə 0,59 dollar (0,79%) ucuzlaşaraq 73,64 dollar/barelə bərabər olub.

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində iyul ayı üçün WTI neftinin fyuçersləri 0,7 dollar (0,96%) ucuzlaşaraq 72,28 dollar/barelə bərabər olub.

Cümə günü sessiyanın sonunda hər iki müqavilə 7%-dən çox artdı. Cümə gecəsi İsrail İranın bir sıra nüvə obyektlərinə zərbələr endirib, Tehran buna cavab zərbələri endirib. Gərginliyin azaldılması çağırışlarına baxmayaraq, qarşılıqlı atəş dördüncü gündür davam edir.

Bazar iştirakçıları İranın qlobal neft tədarükünün açarı olan Hörmüz boğazından keçən nəqliyyatı bağlaya biləcəyindən ehtiyat edirlər.

Избранный
3
fins.az

1Источники