RU

Azərbaycan klubundan çox qəribə təyinat - Görün, kimi rəhbər qoydular!

Azərbaycan futbolunda növbəti qəribə hadisə baş verib.

I Liqada mübarizə aparan «Mingəçevir»in rəhbərliyinə başqa idman növündə çalışan şəxs gətirilib.

Azərbaycan Voleybol Federasiyasının icraçı direktoru Vüqar Hüseynzadə bundan sonra «işıqçılar»a başçılıq edəcək. O, bu ilin yanvarında klubu himayəsinə götürmüş ASTA tərəfindən idman direktoru postuna təyin olunub.

İndiyədək sözügedən vəzifəni Zaur Qarayev tutub. Sonuncuya bundan sonra başqa iş tapşırılması gözlənilir.

Qarayev keçmiş futbolçudur. Vaxtilə millinin və «Qarabağ»ın formasını geyinib.

90-cu illərin tanınmış oyunçularından biri olub. Belə birini kənara çəkib, Hüseynzadəni rəhbərliyə gətirmək anomal qərardır.

Təbii ki, Qarayevin futboldan bildiklərinin yüzdə birini yeni direktor bilmir və bilə də bilməz. ASTA-nın mənsubları hansı ağıl və məntiqlə Hüseynzadəni kluba gətirib, çox müəammalıdır.

Güman ki, onu hanıssa səviyyədə tapşırıblar. Yoxsa bu boyda Mingəçevirdə bir normal və savadlı futbol adamı tapmadılar?

Mingəçevir əsl futbol şəhəridir, burada kifayət qədər təcrübəli kadrlar var. Onlar olduğu halda, voleyboldan idarəçi tapıb gətirmək ağlasığmazdır.

SPORTİNFO.AZ

Избранный
6
sportinfo.az

1Источники