RU

Böyük Britaniya diplomatların ailələrini İsraildən təxliyə edir



Britaniya İranın İsrailə raket hücumlarından sonra ehtiyat tədbiri olaraq Tel-Əviv səfirliyi və Qüds konsulluğunda çalışan işçilərin ailələrini təxliyə etdiyini açıqlayıb. İranın İsrailin İrana raket və dronlarla hücumlarına cavabından sonra Böyük Britaniya Xarici İşlər Nazirliyi İsrail və işğal olunmuş Fələstin əraziləri üçün səyahət xəbərdarlığını yeniləyib. Nazirlik, "Tel-Əviv səfirliyi və Qüds Konsulluğunda çalışan işçilərin ailələrinin təhlükəsizlik tədbiri olaraq ölkəni müvəqqəti tərk etdiklərini açıqladı. Səfirlik və konsulluq əsas əməliyyatlarını davam etdirir".

Açıqlamada İsrail və işğal olunmuş Fələstin ərazilərindəki Britaniya vətəndaşlarından Britaniya nümayəndəliklərini məlumatlandıraraq, bölgədəki varlıqları barədə məlumat verməyə çağırılıb. Həmçinin İsrailin hava məkanının bağlandığı və Tel-Əvivdəki Ben Qurion Beynəlxalq Hava Limanından uçuşların həyata keçirilə bilməyəcəyi bildirilib. Açıqlamada ölkəni quru yolu ilə tərk etməyin mümkün olduğu bildirilib, İordaniya və Misir sərhədlərindəki quru keçid məntəqələrinin açılış və bağlanma saatları göstərilib.

"İordaniya və Misirlə quru sərhəd qapıları hazırda açıqdır, lakin əvvəlcədən xəbərdarlıq etmədən bağlana və ya saatları dəyişə bilər. Səyahət etməzdən əvvəl keçməyi planlaşdırdığınız qonşu ölkələrin xəbərdarlıqlarını yoxlayın", - elanda deyilir.

aia.az
Tərcümə şöbəsi



Избранный
5
aia.az

1Источники