BAKI, 17 iyun. TELEQRAF
İranın qərbində yerləşən Luristan əyalətində 20-dən çox insanın həyatını itirdiyi bildirilir.
Teleqraf xəbər verir ki, bu barədə İranın ILNA agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, baş verən hadisələrin əksəriyyəti İsrail tərəfindən bölgəyə yerləşdirilmiş agentlərin fəaliyyəti ilə əlaqəlidir.
Hadisələrlə bağlı araşdırmalar davam etdirilir.