“Sabah” komandasının UEFA Avropa Liqasının I təsnifat mərhələsindəki potensial rəqiblərinin sayı azalıb.
Futbolpress.az xəbər verir ki, bu gün saat 17:00-da keçiriləcək püşkatmada “bayquşlar” aşağıdakı 4 komandadan birinə rəqib olacaq:
“Şaxtyor” (Donetsk, Ukrayna), “Şerif” (Moldova), “Çelye” (Sloveniya) və “Spartak”dır (Trnava, Slovakiya).
“Sabah” Avropa Liqasının I təsnifat mərhələsində ilk oyununu iyulun 10-da, cavab görüşünü isə 17-də keçirəcək.