RU

Transfer xəbərimiz təsdiqini tapdı - 1 illik müqavilə, qazancı da…

“Araz-Naxçıvan” heyətinə daha bir futbolçu cəlb edib.

Naxçıvan təmsilçisinin mətbuat xidməti saytımızın daha öncə yaydığı informasiyanı rəsmən açıqlayıb (https://www.sportinfo.az/idman_xeberleri/araz-nakchivan/129533.html).

Çance Simakala Ba-Muaka ilə 1 illik müqavilə imzalanıb.

28 yaşlı hücumçu artıq Bakıdadır. Sözügedən legioner ölkəmizdə normal miqdarda pul qazanacaq. Aylıq gəliri 12-14 min dollar civarında olacaq.

Sağ və sol cinah yarımmüdafiəçisi kimi də çıxış edə bilən Simakala müxtəlif illərdə vətəni Almaniyada “Borussiya" (Münhenqladbax), “Elfersberq”, “Redinqhauzen”, “Kayzerslautern”, “Holştayn" (Kil), Niderlandın “Roda" (Kerkrad) klublarında forma geyinib.

O, son mövsümü Almaniyanın III Bundesliqa təmsilçisi “Osnabruk”da keçirib. Hücumçu 2014-cü ildə Almaniyanın U-18 millisində də yer alıb.

Buna qədər baş məşqçi Elmar Baxşıyevlə yanaşı, İssof Paro, Ömər Buludov, Kristian Avram, Tərlan Əhmədli, Ürfan Abbasov, Slavik Alxasov, Qara Qarayev, Bəxtiyar Həsənalızadə, Ülvü İsgəndərov, Vanderson Melo, Ramon Maçado və Nuno Rodriqeslə başa çatan müqaviləni yeniləyən, Bar Koeni transfer edən “Araz-Naxçıvan” Vadim Abdullayevlə yollarını ayırıb.

SPORTİNFO.AZ

Избранный
13
sportinfo.az

1Источники