RU

İsrail: Tehran boşaldılır

İsrail Hərbi Hava Qüvvələrinin irimiqyaslı hücumlarından sonra İranın paytaxtı Tehran boşaldılır.

Turkustan.az xəbər verir ki, bu barədə “Times of Israel” məlumat yayıb.

“Tehranın mərkəzi boşalır, şəhərin qədim “Böyük” bazarında bir çox mağazalar bağlanır. Baş verənlər oronavirus pandemiyasının zirvəsində olanları xatırladır.

Tehrandan qərbə gedən yollarda nəqliyyatın hərəkəti kilometrlərlə uzanır. Şəhər sakinləri Xəzər dənizi sahillərinə üz tuturlar. Tehranın yanacaqdoldurma məntəqələrində də uzun növbələri görmək olar”, - İsrail nəşri bildirib.

Qəzet qeyd edib ki, İran hökuməti hər şeyin nəzarət altında olduğunu israr etməyə davam etsə də, ictimaiyyətə İsrailin irimiqyaslı hava hücumunun qarşısını almaq üçün hansı addımların atılacağı ilə bağlı heç bir göstəriş vermir.

Xatırladaq ki, iyunun 16-da İsrail Baş naziri Benyamin Netanyahu mümkün irimiqyaslı hücumlarla əlaqədar İranın paytaxtının boşaldılması barədə xəbərdarlıq edib. Eyni açıqlama bir neçə saat sonra ABŞ Prezidenti Donald Tramp tərəfindən də verilib. /Teleqraf/

Избранный
16
turkustan.az

1Источники