RU

Dünya liderlərinə ayı TƏHDİDİ

Kanadada keçirilən G7 sammitinin təşkilatçıları “Böyük yeddilik”in iclasının keçirildiyi Kananaskis bölgəsində ayılar və digər vəhşi heyvanlaırn təhlükəsindən narahatdırlar.

“Cebheinfo.az” bu barədə Britaniyanın “The Guardian” qəzetinə istinadən yazır.

Məqalədə deyilir: "Son həftələrdə iki balası olan bir qrizlinin (Qrizli ayı Ursus arctos növünə aiddir və yarımnöv kimi təsnif edilir-red.) hücumları məmurları Kananaskis qraflığının bəzi hissələri bağlamağa məcbur etdi. Daha sonra  bir qrizlinin leş yediyini aşkar etdikdən sonra Peter Lougheed Trailin bir hissəsini bağladılar".

Alberta ştatının İctimai Təhlükəsizlik və Fövqəladə Hallar Nazirliyi “Globe and Mail”-ə bildirib ki, dünya liderlərini müdaxilədən təhlükəsiz saxlamaq üçün nəzərdə tutulmuş hərtərəfli vəhşi təbiətin təsirini azaltmaq strategiya var.

Избранный
12
1
cebheinfo.az

2Источники