RU

Baş katib: Xizək alpinizmi üzrə dünya çempionatına ev sahibliyi tək federasiyanın deyil, bütün Azərbaycanın uğurudur

Bakı, 17 iyun, AZƏRTAC

Uzun müddətdir dünya və Avropa çempionatlarının Azərbaycanda keçirilməsi ilə üçün əlimizdən gələni edirdik. Bunun üçün Beynəlxalq Xizək Alpinizmi Federasiyasına (İSMF) müraciət də ünvanlamışdıq. Onlarla apardığımız diskussiyalar sayəsində yeni turnirlərə qapı açdıq.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Qış İdman Növləri Federasiyasının baş katibi Günel Bədəlova 2027-ci il xizək alpinizmi üzrə dünya çempionatına ev sahibliyi hüququnun Azərbaycana verilməsi ilə bağlı danışarkən deyib.

Federasiya rəsmisi bunun sevindirici hal olduğunu bildirib: “Yarışlar yeniyetmələr və böyüklər arasında olacaq. Dünya çempionatında sprint, vertikal, individual, komanda və qarışıq estafet (mixed relay) növlərdə yarışlar keçiriləcək. Qısa zaman ərzində böyük uğurlara imza atdıq. Qarşıdakı iki il ərzində biz seriya yarışı, Dünya Kuboku, Avropa və dünya çempionatlarına ev sahibliyi edəcəyik. Düşünürəm ki, bu, təkcə federasiyanın deyil, bütün Azərbaycanın uğurudur. Çalışacağıq ki, həm təşkiltaçılıq, həm də digər məsələlərdə ölkəmizi layiqincə təmsil edək”.

Qeyd edək ki, dünya çempionatının 2027-ci il fevralın 28-dən martın 7-dək "Şahdağ" Turizm Mərkəzində keçirilməsi nəzərdə tutulur. Həmçinin 2026-cı ildə xizək alpinizmi üzrə Avropa çempionatı və Dünya Kuboku yarışları da təşkil olunacaq.

Avropa çempionatının 2026-cı il martın 4-8-də, Dünya Kubokunun isə martın 6-8-də keçirilməsi planlaşdırılır.

 

Избранный
5
2
azertag.az

3Источники